“Lavrovun Moskva-Nyu-York reysini 3 milyona yaxın insan izləyib”- Rusiya XİN

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvadan Nyu-Yorka uçuşunu “Flightradar24” resursunda 3 milyona yaxın insan izləyib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz “Telegram” kanalında yazıb.

“Sergey Lavrovun Moskva-Nyu-York reysini“Flightradar”da eyni vaxtda 700 mindən çox, ümumilikdə isə 3 milyona yaxın insan izləyirdi. Rekord…”, – Zaxarova qeyd edib.

Lavrov aprelin 23-ü gününün ikinci yarısında ABŞ-a yollanıb. O, bu gün BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək, təşkilatın Nizamnaməsinin prinsiplərinin qorunması mövzusunda açıq debata qatılacaq. Aprelin 25-də Lavrovu Təhlükəsizlik Şurasının növbəti yüksək səviyyəli iclası – Yaxın Şərq problemlərinə dair açıq debat gözləyir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.