Leninin mavzoleyinə “Molotov kokteyli” atan şəxsin kimliyi məlum olub

Qırmızı Meydanda Leninin mavzoleyini yandırmağa cəhd edən şəxsin kimliyi məlum olub.

Azpost.info xəbər verir ki, “Baza” və “Shot” teleqram kanallarının məlumatına görə, bu, 37 yaşlı Çita sakini Konstantin Staçukovdur.

Staçukov ad günü ərəfəsində Leninin mavzoleyini yandırmağa cəhd edib. İyulun 17-də saat 22:00-da o, Qırmızı Meydana gələrək mavzoleyə tərəf “Molotov kokteyli” atıb. Şüşə səki daşlarının üstündə qırılaraq alovlanıb, mavzoleyə ziyan dəyməyib.

Çita sakini polis əməkdaşları tərəfindən tutulub. İndi həmin şəxs polis bölməsindədir, onun hərəkətlərinin motivləri araşdırılır. Konstantin Staçukov barəsində polis əməkdaşının qanuni tələbinə tabe olmama maddəsi ilə inzibati protokol tərtib edilib.

“Mash”ın məlumatına görə, Çita sakini artıq iki ay əvvəl nalayiq davranışa görə saxlanılaraq psixiatriya xəstəxanasına yerləşdirilib.

Azpost.info

 

Əvvəlki məqalə

Uşaq musiqi məktəblərinə işə qəbul imtahanının nəticələri elan olunub

Sonrakı məqalə

Sabah hava necə olacaq?