Lerikdə icra hakimiyyətinin baş məsləhətçisi özünü öldürdü, cinayət işi açıldı

24 Aprel 2020 - 11:06

Lerik Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Quliyevin özünü öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Lerik rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zərruri istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü Qalib Quliyev ötən gün saat 12 radələrində ov tüfəngi ilə özünü güllələyib. Onun meyiti evinin yaxınlığında tapılıb.