Leyla xan Xoyski vəfat edib

Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş Naziri, daxili işlər, hərbiyə, ədliyyə və xarici işlər naziri olmuş Fətəli xan Xoyski nəslinin nümayəndəsi vəfat edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı məlumat yayıb.

O qeyd edib ki, Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Leyla xan Xoyski-Keykurun haqq dünyasına qovuşub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.