Məişət texnikası və elektronika məhsulları satan LG, “Bosch” və “Sony” brendləri təchizat çatışmazlığı və icarə müqavilələrinin müddətinin başa çatması səbəbindən Rusiyadakı mağazalarını bağlayır.
Azpost.info xəbər verir ki, bu barədə “Kommersant”a məlumatlı mənbələrdən bildirilib.
Şirkətlər nəşrə bu məlumatı təsdiqləyiblər və qalan malların satışda olduğunu bildiriblər.
Nəşr yazır ki, Cənubi Koreya, Almaniya və Yaponiya şirkətlərinin pərakəndə satış məntəqələrini Türkiyə və Çindən olan təchizatçılar tutacaq.
Ukraynada müharibə başlayandan sonra bir sıra xarici brendlər, o cümlədən LG, “Bosch” və “Sony” öz məhsullarını Rusiyaya tədarük etməyi dayandırıb. Böyük pərakəndə satıcılar arasında olan mənbə bildirir ki, iki ildən sonra onların mağazalarının bağlanması uzunmüddətli icarə müqavilələri ilə bağlıdır. Bu müqavilələrin ləğvi cərimələrə və bütün ödənişlərin həyata keçirilməsinə səbəb ola bilər.
Azpost.info