Həştərxanda çoxmərtəbəli binada liftdə baş verən qəza narahatlıq doğurub. AzPost xəbər verir ki, lift altıncı mərtəbədən qəflətən aşağı düşüb və içəridə olan bir uşaq xəsarət alıb.
İnsident mayın iyirmi beşində baş verib. Rusiya İstintaq Komitəsinin regional idarəsi bildirib ki, liftdə bir qadın, onun həyat yoldaşı, dörd və yeddi yaşlı iki uşağı, həmçinin qadının qardaşı olub. Qəza zamanı təcili əyləc sistemi işə düşsə də, 7 yaşlı uşağın ayağı əzilib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanları liftin istismarı zamanı təhlükəsizlik qaydalarına riayət olunub-olunmadığını yoxlayır.
İstintaq Komitəsi hadisəyə cavabdeh şəxslərin fəaliyyətini qiymətləndirəcəyini və istintaqın nəticələrinə əsasən hüquqi qərar veriləcəyini bildirib.
Mütəxəssislər qeyd edir ki, bu cür hadisələr texniki xidmət və təhlükəsizlik nəzarətinin vacibliyini bir daha gündəmə gətirir.