Litva Almaniyadan qoşun istədi:"Rusiya təhdidinə görə regionda müttəfiqlərimiz olmalıdır"

Litva alman qoşunlarının ölkədə daimi əsaslarla qalmasını istəyir.

Azpost.info xəbər verir ki, Litvanın müdafiə naziri Arvidas Anusauskas almaniyalı həmkarı Boris Pistoriusdan ölkədə alman qoşunlarını yerləşdirməyi xahiş edib.

“Litva təlimlərin intensivliyini artırır. Məqsədimiz Litvada ən azı bir alman batalyonunun daimi olmasını təmin etməkdir”, – nazir bildirib.

Onun fikrincə, Moskvanın NATO ilə həmsərhəd bölgələrdə qüvvələrini artırmaq planları uzunmüddətli qarşıdurma niyyətindən xəbər verir: “Baltikyanı ölkələrin coğrafi mövqeyi regionda müttəfiqlərin olmasını tələb edir. Kəşfiyyat göstərir ki, Rusiya öz imkanlarını tez bir zamanda bərpa edə bilər. Litva müstəqilliyini itirmiş Belarusla Kalininqrad vilayəti arasında yerləşir. Baltikyanı müdafiə strategiyası təkcə möhkəmləndirmələrə əsaslana bilməz. O, həm də yerində etibarlı qüvvələrə əsaslanmalıdır”.

Almaniya müdafiə naziri Boris Pistorius isə bildirib ki, alman briqadasının Litvada daimi yerləşdirilməsi NATO-nun mövqeyindən asılıdır. Eyni zamanda, o hərbi qulluqçuların ailələri ilə birlikdə yerləşdirilməsi üçün Litvada zəruri infrastrukturun vacibliyinə toxunub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.