Litva Belarusla sərhəddə keçid məntəqələrini bağlayır

Litva ölkəni Belarusdan ayıran iki sərhəd-keçid məntəqəsini bağlayacaq.

Azpsot.info xəbər verir ki, bu barədə Litvanın daxili işlər nazirinin müavini Arnold Abramaviçyus bildirib.

O, müvafiq qərarı qabaqlayıcı tədbir adlandırıb.

“Yaxın vaxtlarda iki sərhəd-nəzarət məntəqəsinin bağlanması ilə bağlı qərar veriləcək. Əgər bu gün Polşada bir məntəqə varsa, bizdə altısı var. Önləyici tədbirlərdən biri altı sərhəd keçidindən dördə endirilməsi olacaq”, – Abramaviçyus deyib.

Azpsot.info

Əvvəlki məqalə

Müdafiə Nazirliyində yeni təyinat olub

Sonrakı məqalə

Balakəndə 47 yaşlı kişi qətlə yetirilib