“Rusiya Livandakı böhranın həlli üçün çoxsaylı çağırışlar edib”- Səfir

Livan Yaxın Şərqdəki münaqişənin həlli üçün Rusiyadan diplomatik yardım istəyib.

Azpost.info xəbər verir ki, bu barədə Livanın Moskvadakı səfiri Şovki Bou Nassar bildirib.

O əlavə edib ki, Rusiya tərəfi böhranın sülh yolu ilə həllinə dəstək vermək üçün çox sayda çağırışlar edib.

“BMT və digər beynəlxalq təşkilatlar da daxil olmaqla, dünyanın bütün maraqlı tərəfləri və nüfuzlu aktorları ilə təmasda diplomatik səyləri gücləndirməyi xahiş etmişəm”, – səfir qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.