“Livanda baş verənlər Yaxın Şərqi genişmiqyaslı münaqişəyə sürükləyir”“The Washington Post”

“Livanda İsrailə aid edilən texniki avadanlıqların kütləvi partlayışları Yaxın Şərqi genişmiqyaslı münaqiyə sürükləyir”.

Azpost.info xəbər verir ki, bu barədə “The Washington Post” yazır.

“İsrail rəsmi olaraq baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib, lakin ABŞ rəsmiləri ilə şəxsi söhbətlərində bu işdə iştirakını təsdiqləyirlər. Peycer partlayışları şiə “Hizbullah” hərəkatının döyüş potensialını sarsıtmaq məqsədi daşıyırdı. Lakin partlayış zamanı onlarla insan həlak olub, minlərlə livanlı mülki şəxs, o cümlədən uşaqlar yaralanıb. Həmçinin bu əməliyyatın strateji hədəflərinin nədən ibarət olduğu hələ də bəlli deyil”, – nəşr yazır.

Məqalədə deyilir ki, BMT-nin insan haqları üzrə ekspertləri artıq İsraili terrorun bir forması həyata keçirməkdə ittiham ediblər.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.