Tayvan polisi dünən Livanda peycerləri partlayan istehsalçı “Gold Apollo” şirkəti ilə bağlı araşdırmaya başlayıb.
Azpost.info bildirir ki, Tayvanın İqtisadiyyat Nazirliyi istehsalçılardan məlumat aldıqdan sonra bildirib ki, peycerin akkumlyatorunun tutumu adi AA batareyasına bərabərdir. Bu batareyanın partlaması ölüm və ya yaralanmaya səbəb ola bilməz.
“Gold Apollo”materialları və fotoşəkilləri araşdırdıqdan sonra, qərar gəlib ki, peycerlər ixracdan sonra dəyişdirilib.
İxrac məlumatları göstərdi ki, şirkət 2022-ci ildən 2024-cü ilin avqustuna qədər 260.000 peyjer dəsti ixrac edib; Bu ilin yanvar-avqust aylarında əsasən Avropa və Amerika ölkələrinə 40 929 dəst ixrac edib, lakin Livana birbaşa ixracla bağlı məlumat yoxdur.
Golden Apollo həmçinin bildirib ki, AR-924 peycer modelini yoxladıqdan sonra bu peycerlərin birbaşa onlar tərəfindən istehsal olunmadığı, istehsalçı şirkətin icazəsi ilə müstəqil olaraq başqa bir şirkət (BAC) tərəfindən hazırlanıb istehsal edildiyi müəyyən edilib.
Qeyd edək ki, dünən Beyrutda rabitə qurğularının partlaması nəticəsində 2800 nəfər yaralanıb. “Hizbullah” qruplaşmasının 8 üzvü həlak olub. Bir sıra dövlətlər bu partlayışda İsailin əli olduğunu iddia edib. Təl-Əviv ittihamları cavabsız buraxıb.