Lökbatanda palçıq vulkanı püskürüb

Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Lökbatanda palçıq vulkanı püskürüb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər şöbəsindən verilən məlumata görə, palçıq vulkanının püskürmə dərinliyi 3 kilometr olub. Püskürmə 6 dəqiqə 20 saniyə davam edib.

Püskürmənin ikinci fazası yerli vaxtla saat 16:09-da qeydə alınıb. Püskürmənin davamlılığı 3 dəqiqə 34 saniyə olub. Püskürmə zamanı ayrılan seysmik enerji Е=0.4×10⁷ C təyin olunub.

Vulkan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin doqquz seysmik stansiyası (vulkanətrafı) tərəfindən qeydə alınıb.

 

Əvvəlki məqalə

I sinfə və məktəbəhazırlıq qruplarına üzrlü səbəbdən gecikənlərin nəzərinə

Sonrakı məqalə

Paşinyan Putinin BRİKS sammitində iştirakla bağlı dəvətinə nə cavab verib?