London Kiyevlə Rusiya arasında sülh sazişinin əleyhinədir

Böyük Britaniya Ukrayna ilə Rusiya arasında erkən sülh sazişi bağlanmasının əleyhinədir.

Azpost.info bildirir ki, bu barədə Britaniyanın “The Times” qəzeti hökumət mənbələrinə istinadən yazıb. Məlumatda deyilir ki, hökumətin fikrincə, Kiyev üçün əlverişsiz olacaq sülh sazişini imzalamağa tələsmək lazım deyil.

Nəşrin yazdığına görə, Britaniya sülh sazişinin tezliklə bağlanmasına həddən artıq həvəsli olan müttəfiqlərin hərəkətlərindən narahatdır. London hesab edir ki, Ukrayna öz hərbi mövqelərini yaxşılaşdırdıqdan sonra nizamlanmaya nail olunmalıdır.

“Ola bilsin, bəzi müttəfiqlərimiz çox istəyirlər ki, Zelenski razılığa gəlsin. Biz hesab edirik ki, Ukrayna danışıqlara başlamazdan əvvəl hərbi mövqeyini mümkün qədər yaxşılaşdırmalıdır“, – yüksək səviyyəli mənbə bildirib.

Onun sözlərinə görə, ABŞ, Fransa və Almaniya Rusiya erkən sülh sazişinin imzalanması tərəfdarı sırasındadır.

Azpost.info

Əvvəlki məqalə

“Sanksiyaları ləğv etməyi xahiş etməyəcəyik” –

Sonrakı məqalə

Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatıb