London Pekinin elektromobillər vasitəsilə casusluq etməsindən şübhələnir

Britaniya hakimiyyəti Çindən gətirilən elektriklə işləyən avtomobillər vasitəsilə ölkə vətəndaşlarının mümkün izlənilməsi ilə bağlı narahatlığını bildirib.

Azpost.info xəbər verir ki, “Teleqraf” yazır ki, hökumət mənbələri elektrik avtomobillərində quraşdırılmış funksiyaların məkan məlumatları, səs yazıları və videogörüntülər daxil olmaqla həssas məlumatları toplamaq üçün istifadə edilə biləcəyini ehtimal edir.

Britaniya hökuməti emissiyasız avtomobillərin satışı üzrə kvotalara əməl etməyən şirkətlər üçün cərimələr tətbiq etməyi düşünür. Həmçinin kvota tələblərini aşan istehsalçılardan kredit almaq imkanını da nəzərdə tutur. Bu, Çinli elektrik avtomobil istehsalçıları üçün imtiyazlı mövqe yarada bilər.

Azpost.info

Əvvəlki məqalə

Valyuta.az saytına yeni baş redaktor təyin olunub

Sonrakı məqalə

Hakan Fidan Türkiyə və Azərbaycanın Ermənistanla normallaşma prosesindən danışıb