“Lotu Quli”ni öldürmək istəyənlər saxlanılıb- FOTO

Azərbaycanlı kriminal avtoritet “Lotu Quli”yə (Nadir Səlifov) sui-qəsd etmək istəyən şəxslər İstanbulda saxlanılıb.

“Report”un xəbərinə görə, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 17 nəfər şübhəli saxlanılıb.

Məlumatda qeyd olunur ki, yanvarın 31-də Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan 9-u azərbaycanlı, 5-i gürcüstanlı, 2-si ukraynalı və 1-i rusiyalıdır. Həmin şəxslərin üzərindən 11 tapança, avtomat və 222 güllə aşkar edilərək götürülüb.

Saxlanılan şübhəlilərin “Andrey Malyi” ləqəbli gürcüstanlı kriminal avtoritet Quram Çıxladzenin rəhbərliyi altında olduğu söylənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirus Çin iqtisadiyyatına necə təsir edib?

Sonrakı məqalə

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait artıb