“Lotu Quli”nin Türkiyədə qətli ilə bağlı iki nəfər saxlanıldı

20 Avqust 2020 - 13:24

Kriminal avtoritet “Lotu Quli”nin qətli ilə bağlı yeni məlumat yayılıb.

Məlumata görə, Nadir Səlifovun qətlində iki şəxsin iştirak etdiyi bildirilir

Bildirilir ki, Antalyanın Serik mahalında “qanuni oğru”nu öldürən və qaçan iki şübhəli – 25 yaşlı “Xan Əhmədlinski” (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli səhərə yaxın Denizlide saxlanılıb.

Şübhəli şəxslər yüksək təhlükəsizlik tədbirləri altında zirehli avtomobildə Antalyaya aparılıb.(Qafqazinfo.)