“Bundan sonra karantin rejimi bütün ölkədə deyil, bölgə-bölgə olaraq ortaya qoyulmalıdır” –ÜST

“İndi koronavirus pandemiyası ilə mübarizədə yeni mərhələyə giririk”. 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, payız aylarında bir çox ekspertlər qlobal olaraq koronavirusla bağlı sayların artmasını gözləyir:

“İndiyə qədər öyrəndiyimiz hər şeyi yenidən gözdən keçirmək lazımdır. ÜST bundan sonra ümumi olaraq sıx karantin rejiminin bütün ölkədə deyil,  bölgə-bölgə olaraq ortaya qoyulmasını tövsiyə edir.

Mübarizənin lokallaşdırılması üçün bütün ölkələrin hansı bölgələrdə xəstəlik vəziyyətinin necə olduğuna dair çox yaxşı  məlumat toplaması vacibdir. Yəni, epidemioloji sistemlərinin  güvənli və sağlam olması lazımdır. Əlbəttə, təmasların izlənməsi də vacibdir. Yəni, bir şəxs  xəstə olduğu zaman kimlərlə təmasda olubsa, onların da izlənməsi, xəstəliyi başqasına yoluxdurmasının qarşısının alınması  son dərəcə önəmlidir. Ölkələr qarşıdakı günlər və aylarda  normal həyata qayıtmanın yollarını  axtarmalıdır. Bu,  normal sosial və iqtisadi həyat davam edərkən eyni zamanda xəstətliyin yoluxmanın qarşısının ala bilinəcəyi bütün qaydaların  istifadəsi mənasına gəlir. Məsələn, küçədə gəzmək sərbəst olacaq, ancaq insanlar gigiyena qaydalarına riayət edəcək, ara məsafələrini qoruyacaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kürdəmirin icra başçısı Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirləndirilir –

Sonrakı məqalə

“Lotu Quli”nin Türkiyədə qətli ilə bağlı iki nəfər saxlanıldı