Lukaşenko Belarusdakı Qərb səfirlərinin işini faşizmlə müqayisə edib

Prezident Aleksandr Lukaşenko Qərb diplomatlarının Belarusdakı fəaliyyətini faşizmlə müqayisə edib.

Azpost.info xəbər verir ki, Lukaşenko bunu respublika iməciliyində iştirak edərkən jurnalistlərə deyib.

Lukaşenko nə vaxtsa Qərb diplomatlarının Belarusdakı destruktiv fəaliyyətləri ilə bağlı bütün məlumatları sənədli şəkildə ümumiləşdirəcəyinə söz verib.

Eyni zamanda, bu məlumatların insanları dəhşətə gətirə biləcəyini vurğulayıb: “Onların burada – Belarusda etdiklərindən dəhşətə düşərsiz. Bu, artıq nasistlik deyil, faşizmə yaxındır”.

Azpost.info

Əvvəlki məqalə

Rusiya Consona və ingilis siyasi xadimlərinə sanksiya tətbiq edib –

Sonrakı məqalə

Rusiyada SSRİ ilə faşist Almaniyasını eyniləşdirənlər həbs olunacaq