Rusiya Consona və ingilis siyasi xadimlərinə sanksiya tətbiq edib –ADLAR

Rusiya Britaniyanın baş naziri Boris Consonun, bir sıra hökumət üzvləri və siyasi xadimlərinin ölkəyə girişini qadağan edib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verilib.

Məlumata görə, bu qərar Britaniya hökumətinin Rusiyanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiyaları ilə ifadə olunan görünməmiş düşmənçilik hərəkətləriylə əlaqədar qəbul edilib. “Qara siyahı”da həmçinin Dominik Raab (baş nazirin müavini, ədliyyə naziri), Liz Tras (xarici işlər naziri), Ben Uolles (müdafiə naziri), Qrant Şapps (nəqliyyat naziri), Priti Patel (daxili işlər naziri), Rişi Snak (maliyyə naziri), Kvazi Kvartenq (sahibkarlıq, energetika və sənaye strategiyası naziri), Nadin Dorris (rəqəmsallaşma, mədəniyyət, media və idman naziri), Ceyms Hippi (müdafiə nazirinin müavini), Nikola Sturgeon (Şotlandiyanın birinci naziri), Svella Braverman (İngiltərə və Uels üzrə Baş prokuror), Tereza Meyin (Britaniyanın keçmiş baş naziri) adları var.

Moskva hesab edir ki, London Rusiyanı beynəlxalq miqyasda təcrid etmək və daxili iqtisadiyyatını boğmaq məqsədilə siyasi kampaniya aparır: “Əslində Britaniya rəhbərliyi Ukrayna ətrafında vəziyyəti qəsdən gərginləşdirir. Kiyev rejimini öldürücü silahlarla təmin edir və NATO-nun analoji səylərini əlaqələndirir”.

Azpost.info

Əvvəlki məqalə

“Biz sual kitabçalarını paylamayacağıq” –

Sonrakı məqalə

Lukaşenko Belarusdakı Qərb səfirlərinin işini faşizmlə müqayisə edib