Lukaşenko Çinə səfərə gedir- Bu tarixdə

Belarus prezidenti Aleksandr Lukaşenko fevralın 28-də Çinə səfər edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Martın 2-dək davam edəcək səfərdə Lukaşenko Çin rəhbərliyi ilə ikitərəfli münasibətlərin bütün spektrini və beynəlxalq məsələləri müzakirə edəcək.

“Əsas diqqət ticari-iqtisadi, investisiya və humanitar əməkdaşlığın inkişafına, birgə irimiqyaslı layihələrin həyata keçirilməsinə, siyasi sahədə qarşılıqlı fəaliyyətə, mövcud beynəlxalq şəraitdə ən kəskin çağırışlara cavab verməyə yönəldiləcək”, – məlumatda deyilir.

Lukaşenko Pekində aparıcı Çin korporasiyalarının rəhbərləri ilə də görüşlər keçirəcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.