Prezident Lukaşenko Minskin mərkəzində keçirilən mitinqə gəlib.
Azpost.info bildirir ki, Minskdə Lukaşenkoya dəstək aksiyası keçirilir. “Əziz dostlar, mən sizi bura məni müdafiə etmək üçün çağırmamışam. Əslində bunsuz da olmur. Siz bura ona görə gəlmisiniz ki, son 25 ildə ilk dəfə öz ölkəmizi, ailələrimizi müdafiə edək”- deyə Lukaşenko vurğulayıb.
O,Belarusda hakimiyyətin dəyişdirilməsinə imkan verməyəcəyini bildirib.
Eyni vaxtda Lukaşenkonun əleyhdarları Minskdə kütləvi aksiyaya başlayıb.