Nursultan Nazarbayevin 30 yaşlı nəvəsi Aysultan Londonda vəfat edib

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Londonda vəfat edib.

APA bildirir ki, bu barədə Zakon.kz xəbər verir.

İlkin versiyaya görə, Dariqa Nazarbayevanın 30 yaşlı oğlu Aysultan Nazarbayevin ölümünə səbəb ürək tutması olub.

Hadisənin təfərrüatları barədə geniş məlumat yoxdur.

Qeyd edək ki, daha əvvəl Aysultan Nazarbayevin Böyük Britaniyadan siyasi sığınacaq istəməsi barədə məlumat verilmişdi.

Gənc oğlan ailəsinin ona təzyiq göstərdiyini söyləyirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SSRİ-nin sonuncu mədəniyyət naziri, rejissor Qubenko vəfat edib –

Sonrakı məqalə

Lukaşenko mitinqə gəldi: