“Lukoyl” sanksiyalar səbəbindən xarici aktivlərini satışa çıxarıb –RƏSMİ

“Lukoyl” şirkəti sanksiyalar səbəbindən xarici aktivlərinin satışını elan edib.

AzPost bildirir ki, bu barədə Lukoyl-un rəsmi açıqlamasında bildirilir. Şirkətin rəsmi saytnda yerləşdirilimiş açıqlamaya görə, bir sıra ölkələr tərəfindən məhdudlaşdırıcı tədbirlərin tətbiqi səbəbindən Rusiya neft şirkəti xarici aktivləri üçün potensial alıcıların müraciətlərinə baxmağa başlayıb.

23 oktyabrda ABŞ prezidenti Donald Tramp Lukoyl və Rosneft şirkətlərinə, eləcə də onların törəmə şirkətlərinə qarşı sanksiyalar elan edib. Bundan əvvəl Böyük Britaniya həmin Rusiya şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.