Lənkəranda qətlin üstü açılıb.
APA-nın verdiyi xəbərə görə, 13 il əvvəl – 2012-ci ildə itkin düşən 1988-ci il təvəllüdlü Təranə Ağayevanın qətlə yetirildiyi məlum olub.
Bu gün Təranə Ağayevanın qətlində şübhəli bilinən həmkəndlisi 1970-ci il təvəllüdlü Əliağa Kazımov saxlanılıb. İlkin məlumata görə, Ə. Kazımov T.Ağayevanı öldürəndən sonra meyitini basdırdığı yeri göstərib. T.Ağayevanın qalıqları həmin yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisəni törətməkdə şübhəli bilinən Ə.Kazımov saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.