Məhkəmə İmran Xanı həbs cəzasına məhkum edib

Pakistan məhkəməsi cümə axşamı günü keçmiş baş nazir İmran Xan və onlarla müttəfiqini keçən il insanları hərbi və hökumət obyektlərinə hücuma təhrik etmək ittihamı ilə həbs cəzasına məhkum edib.

Azpost.info bildirir ki, bu barədə Associated Press Agentliyi məlumat yayıb.

Rəsmilərin və İmran Xanın lideri olduğu ” Təhrik-e-İnsaf “partiyasının bildirdiyinə görə, Ravalpindi qarnizon şəhərindəki məhkəmədə ona ittihamlar oxunarkən Xan özünü təqsirli bilməyib.

İmran Xan və digərləri ömürlük həbs cəzası nəzərdə tutan terrorla mübarizə qanunlarına əsasən mühakimə olunacaqlar. Xanın partiyası bildirib ki, yüksək vəzifəli partiya xadimi, parlamentdəki hazırkı müxalifət lideri Omar Ayub Xan da cümə axşamı polis tərəfindən həbs edilib. O, ötən həftə paytaxtda zorakılığa çağırış da daxil olmaqla, digər ittihamlarla axtarışda olub.

İmrab Xana və onlarla partiya üzvünə qarşı ittihamlar 2023-cü il mayın 9-da Xanın korrupsiya ittihamı ilə həbs edilməsindən sonra başlanmış iğtişaşlara görədir.

Minlərlə etirazçı qarnizon şəhəri Ravalpindidəki hərbi qərargaha, Pəncab əyalətinin şərqindəki Mianvali aviabazasına hücum edib və ölkənin şimal-qərbində Pakistan Dövlət Radiosunun binasını yandırıb.

Xan 2022-ci ilin aprelində etimadsızlıq səsverməsi ilə devrilib, lakin aparıcı müxalifət xadimi olaraq qalır. O vaxtdan bəri 150-dən çox cinayət işində adı keçir.