Apellyasiya məhkəməsi ABŞ-ın keçmiş lideri Donald Trampın mülki fırıldaqçılıq işinin vaxtının dəyişdirilməsi tələbini rədd edib.
Azpost.info bildirir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bundan başqa, məhkəmə eks-prezidentin nümayəndələrinin işə xitam verilməsi ilə bağlı vəsatətini də rədd edib. Bununla əlaqədar olaraq, Nyu-York ştatının hakimi Artur Enqoron oktyabrın 2-də Trampa qarşı işə baxa bilər.
Tramp və onun “Trump Organization”-a qarşı iddia keçən ilin sentyabrında məhkəməyə daxil olub. İddiaya görə, şirkət kredit və sığorta üçün ən əlverişli şərtləri əldə etmək üçün aktivlərin dəyəri barədə yalan məlumat verib.
Trampın vəkilləri bu ittihamları rədd edir.
Azpost.info