Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verib

Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən vəsatətə baxılıb.

Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, vəsatət təmin edilməyib.

Qeyd edək ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.

Əvvəlki məqalə

İki magistralda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sonrakı məqalə

Sabah hava necə olacaq?