İtalyan kino ulduzu Ornella Muti məşhur rus rəssamı Nikas Safronovun sərgisində iştirak etmək üçün Sankt-Peterburqa gəlir.
Azpost.info bildirir ki, bu barədə “Fontanka” məlumat yayıb.
Aktrisanın sözlərinə görə, o, Şimal paytaxtını gəzməyi və mədəni tədbirdə iştirak etməyi planlaşdırır.
Xatırladaq ki, Muti ötən ilin noyabrında Rusiyaya Lüdviq Bethoven və onun musiqisindən bəhs edən “Dahilərin qəhrəmanlıq həyatı” tamaşası ilə gəlmişdi.
Daha sonra aktrisa etiraf edib ki, rus dilinə, rus mədəniyyətinə aşiq olub. Eyni zamanda, o şikayətlənib ki, dil öyrənmək üçün çox vaxtı olmur.
Qeyd edək ki, ulduzun nənəsi Sankt-Peterburqda anadan olub.