“Mətbuata dəstək vermədiyimiz üçün xalqın səsini eşitmədik” - Özbəkistan prezidenti

Özbəkistan prezidenti Şavkat Mirziyoyev bildirib ki, azad mətbuatı qapatmaq fikrində deyil.

“Biz qapalı ölkə olduğumuz və mətbuata dəstək vermədiyimiz üçün xalqın ədalətli səsini eşitmədik. Eşitmədik… Azadlığın nəfəsi xoş gəlir? Mənim xoşuma gəlir. Bəli, belə işləmək mənim üçün daha çətindir. Mənə deyirlər ki, bağla, amma bağlamayacam”, – Mirziyoyev deyib.

Prezident qeyd edib ki, mətbuatla dost olmaq lazımdır: “Qoy, danışsınlar, amma ədalətli danışsınlar. Qoy, tənqid etsinlər, amma düz tənqid etsinlər. Kəndə, məktəbə, təhsilə faydalarl olacaqsa, bu, ancaq xeyrimizədir. İnternet də daxil olmaqla, hər gün oxuyuram. İmkan daxilində bunun üçün iki saat ayırıram. Qələmlə özüm üçün qeydlər edirəm. 10 fikirdən 9-u düz çıxır. Bu doğru istiqamətdirmi? Doğrudur…”.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.