Mədəniyyət Nazirliyi tabeliyindəki kitabxanaların kitabxana fondlarını yeni nəşrlərlə zənginləşdirmək məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi”ni elan edib.
Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə iştirakçılar tərəfindən nəşrlər 24 avqust 2023-cü il tarixinədək təqdim olunmalıdır. Müsabiqəni Nazirlik tərəfindən yaradılan Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satın alınması üzrə Komissiya həyata keçirəcək.
Qeyd edək ki, Dövlət Statistika komitəsinin 2022-ci il hesabatında Azərbaycanda 32 milyon kitabxana fondu olan 29 22 kütləvi kitabxana fəaliyyət göstərdiyi qeyd edilib. Hazırda kitabxanalara üz tutan insanların sayı isə çox deyil. Bunun müxtəlif səbəbləri var. Kitabxanalarla bağlı mediada yayımlanan bir çox materialda əsas problemlərin kitabxanalarda olan şəraitlərin yetərli olmaması, müasir texnologiyalatrın çatışmazlığı, nəşriyatların kitabxanalara kifayət qədər kitab verməməsidir.