Mədəniyyət Nazirliyinin 182 minlik tenderinə şirkət tapılmadı

Tender
Tender

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi növbəti tender proseduru uğursuz nəticələnib. AzPost xəbər verir ki, Ordubad şəhərində yerləşən “Mədrəsə” tarix-memarlıq abidəsinin bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı elan olunmuş tender ləğv edilib.

Məlumata görə, tenderin dəyəri 182 807 AZN olub. Lakin satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim edən, həmçinin tələb olunan lisenziya və icazələrə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün prosedura xitam verilib.

Qaydalara əsasən, dövlət satınalmalarında minimum üç rəsmi iştirakçı tələb olunur. Bu şərt təmin olunmadıqda isə tender müvafiq qaydada ləğv edilir.

Xatırladaq ki, “Mədrəsə” tarix-memarlıq abidəsi Ordubad şəhərinin qədim memarlıq nümunələrindən biridir. Abidənin bərpası layihəsi yerli ictimaiyyət və mədəniyyət cameəsi tərəfindən maraqla qarşılanırdı. Lakin tenderin ləğvi işin icrasını ən azı yaxın müddətə təxirə salmış oldu.

Məsələ ilə bağlı Naxçıvan Mədəniyyət Nazirliyi və satınalma orqanının əlavə izahı təqdim etmədiyi bildirilir.

Qeyd edək ki, bu ilin əvvəlindən Naxçıvan MR-də dövlət satınalmaları üzrə keçirilən bir neçə tender də oxşar səbəblərlə ləğv olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.