Məğlub olan Almaniya millisinin baş məşqçisi istefaya göndərildi

Almaniya Futbol Federasiyasının (DFB) rəhbərliyi Almaniya millisinin baş məşqçisi Hans-Diter Flikin istefaya göndərilməsi ilə bağlı qərar qəbul edib.

Azpost.info bildirir ki, Fliklə birlikdə onun köməkçiləri Markus Zorq və Denni Rohl milli komandanı tərk etdilər.

Şənbə günü, sentyabrın 9-da Almaniya yığması evdə yoldaşlıq görüşündə Yaponiya yığmasına 1:4 hesabı ilə məğlub olub. Oyundan sonra Almaniya millisinin icraçı direktoru Rudi Föller komandanın çıxışını biabırçılıq adlandırıb.

Föller sentyabrın 12-də Dortmundda Fransa ilə keçiriləcək yoldaşlıq oyununda Almaniya millisinin baş məşqçisi kimi çıxış edəcək. Bundan əvvəl o, 2000-2004-cü illərdə milli komandanın baş məşqçisi olub, onun rəhbərliyi altında komanda 2002-ci il dünya çempionatının finalına çıxıb.

Flik Almaniya millisinə 2021-ci ilin may ayından rəhbərlik edir . Onun rəhbərliyi altında Almaniya yığması 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında qrupdan vəsiqə qazana bilməyib. Almaniya Avro-2024-ün ev sahibi ölkəsidir, ona görə də milli komanda turnirdən əvvəl yalnız yoldaşlıq oyunları keçirir.

Almaniya millisi keçirdiyi 5 oyunun heç birində qələbə qazana bilməyib. Almanlar sonuncu dəfə martın 25-də Peru yığmasını 2:0 hesabı ilə məğlub etmişdilər. Daha sonra dörd məğlubiyyət və bir heç-heçə qeydə alınıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.