Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Məişət texnikasının qaytarılması zamanı nəyi bilməliyik?

Orkhan Ali 24 Noyabr 2025 - 10:40 (Last updated: 24 Noyabr 2025 - 10:41)
Cardboard-Box-300x200

Gündəlik istifadə olunan məişət texnikasının geri qaytarılması və ya dəyişdirilməsi bəzən alıcılarla mağazalar arasında anlaşılmazlıq yaradır.

AzPost.az xəbər verir ki, bir çox vətəndaş aldıqları məhsuldan narazı qaldıqda prosedurun necə aparılmalı olduğunu tam bilmədiyi üçün əlavə problemlər meydana çıxır. Qanunvericilik isə bu məsələləri kifayət qədər aydın şəkildə tənzimləyir.

Qanuna əsasən, qüsurlu məhsul alındıqda istehlakçı onu dəyişdirmək, başqa məhsulla əvəz etmək və ya pulunu geri almaq hüququna malikdir. Bu halda mağaza heç bir əlavə ödəniş tələb edə bilməz. Satış məntəqəsi məhsulu servisdə yoxlatdırmaq hüququna malikdir, lakin alıcıya mütləq sənəd təqdim olunmalıdır və proses şəffaf aparılmalıdır.

Qüsur olmadığı halda, lakin məhsul istehlakçıya uyğun gəlmirsə, dəyişdirilmə mağazanın daxili qaydalarından asılıdır və bu, qanunla məcburi sayılmır. Bu səbəbdən, alıcılar alış zamanı qaytarılma şərtlərini dəqiqləşdirməlidirlər.

AzPost.az-a daxil olan bir şikayətdə Quba rayonunda Baku Electronics-dən alınan əl ütüsünün geri qaytarılması zamanı anlaşılmazlıq yaşandığı bildirilir. İddialara görə, məhsul servisə göndərilib, qüsur olmadığı deyilib, daha sonra isə geri qaytarılma üçün “əlavə ödəniş tutulacağı” barədə məlumat verilib. Mütəxəssislər bildirirlər ki, qüsurlu olmayan məhsulun dəyişdirilməsi mağazanın qaydalarına uyğun mümkün ola bilər, lakin bu şərtlər əvvəlcədən alıcıya aydın şəkildə izah edilməlidir.

İstehlakçılara tövsiyə olunur ki, alış zamanı çek və zəmanət sənədlərini saxlasınlar, qaytarılma şərtlərini öyrənsinlər və servisə göndərilən hər bir məhsul üçün rəsmi sənəd tələb etsinlər.

Post navigation

Previous: Cəmiyyətə açıqca hörmətsizliyə görə inzibati həbs və cərimə müəyyənləşir
Next: İşsizlərə nə qədər pul veriləcək?

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Vladimir Putin Donald Trampın Ukraynadakı müharibəni mümkün qədər tez başa çatdırmaq istəyindən istifadə edərək Ukraynanı və Avropanı...
Read more about Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.