2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesi davam edir.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeydiyyat prosesi 2022-ci il sentyabrın 14-də yekunlaşacaq.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.