“Məktəbəqədər müəssisələr Təhsil Nazirliyinə verilsin” –Deputatdan təklif

“Son 10 ildə məktəbəqədər təhsil müəssisələri Bakı Şəhər İcra Hakimiyyətinin nəzdinə verilib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, bu gün insanların məktəbəqədər müəssisələrdə işlə təminatı ilə bağlı problemlər var: “Bütün təhsil siyasəti və onun ideoloji işi Təhsil Nazirliyi tərəfindən aparılmalıdır. Artıq vaxtı çatıb ki, məktəbəqədər təhsili müəssisələrini də Təhsil Nazirliyinin nəzdinə verək. Çünki təhsil sahəsində çox böyük islahatlar aparılır. Uşaqların ilk təhsili məktəbəqədər təhsildən başlayır”.
Deputat Azərbaycanda boşanmaların sayının sürətlə artması ilə bağlı problemə də toxunub: “Digər qonşu ölkələrlə müqayisədə Azərbaycanda boşanmaların sayı çoxdur. Hətta Rusiyada artıq ailə məhkəmələrin yaradılması barədə qərar qəbul edilib. Biz də boşanmaların sayının azalması üçün tədbirlər görməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin iclası başlanıb

Sonrakı məqalə

Elmar Məmmədyarov haralardadır?