Şair, professor Məmməd İsmayıl “Bona Dea” xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə APA-ya şairin qızı məlumat verib.
O bildirib ki, dörd gündür xəstəxanaya yerləşdirilən Məmməd İsmayılın vəziyyəti dünən axşam ani olaraq ağırlaşıb:
“Ara-sıra xəstəxanaya aparırdıq. Son 4 gün burada oldu. Dünən axşam isə vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirdilər. Həkimlər vəziyyətin olduqca ciddi olduğu deyirlər”.