“Mənə deyirdilər Qarabağda sərhədləri yenidən çək…”-Mixail Qorbaçovdan maraqlı etiraf

“1988-ci ildə Dağlıq Qarabağ problemi kəskinləşdi. Problemin sadə həlli mümkün deyildi. Məni inandırmağa çalışırdılar ki, Dağlıq Qarabağda sərhədləri yenidən çəkməklə bunu həll etmək olar. Ölkə rəhbərliyində isə vahid mövqeyi belə idi: Buna yol vermək olmaz!”

Azpost.info bildirir ki, bu sözləri SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov “Rusiya qlobal siyasətdə”jurnalı üçün yazdığı məqalədə yazıb.

“Mən hesab edirdim ki, Dağlıq Qarabağın statusu barədə razılaşma erməni və azərbaycanlıların işi idi. Mərkəzin rolu isə vəziyyətin normallaşdırılması, iqtisadi problemlərin həlli idi. Məncə, bu düzgün xətt idi”-deyə Qorbaçov qeyd edib.

Sabiq prezident vəziyyətin kəskinləşməsində Azərbaycan və Ermənistanın partiya rəhbərliyini və ziyalılarını günahlandırıb: “Onlar dialoq üçün yol tapa bilmədilər. Ekstremistlər isə onları arxa plana sıxışdırdılar. Hadisələr qar topası kimi böyüməyə başladı”.

SSRİ prezidentinin sözlərinə görə, o, ölkə üçün yeni milli siyasəti hazırlamağa cəhd edib. “Bu siyasətin mahiyyəti ondan ibarət idi ki, milli problemlər əsl həllini siyasi və iqtisadi islahatların ümumi kontekstində tapa bilər”.

M.Qorbaçov qeyd edib ki, SSRİ rəhbərliyinin imperiyanın suqutunun qarşısını almağa imkanı yox idi: “Bu ilk növbədə ölkəyə miras qalmış kəskin millətlərarası problemlərə görə idi. Yenidənqurma üçün milli zəmində problemərin ağır mirası qalmışdı. Deyə bilmərəm ki, mən və həmkarlarım bu problemləri tam miqyasda görə bilirdik”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Daha 20 ölkədən Azərbaycana uçuşlara icazə verildi –

Sonrakı məqalə

Bərdədə azyaşlı qızı zorlamaqda şübhəl bilinən şəxs həbs edilib –