Mərakeşdə zəlzələdə ölənlərin sayı 600 nəfəri keçib

Mərakeşdə baş verən güclü zəlzələ 600-dən çox insanın həyatına son qoyub.

Azpost.info bildirir ki, Daxili İşlər Nazirliyinin şənbə günü açıqladığı yenilənmiş məlumatlara görə, zəlzələ nəticəsində 632 nəfər həlak olub. Onların yarısından çoxu Əl-Hövz və Tarudant əyalətlərindədir.

ABŞ Geoloji Xidməti cümə günü Mərakeşin turizm mərkəzinin 72 km cənub-qərbində dağlıq ərazidə 6,8 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

Güclü yeraltı təkanlar Rabat, Kasablanka və Essauira sahil şəhərlərində də hiss olunub.

Mərakeş mediası bunun ölkədə baş vermiş ən güclü zəlzələ olduğunu bildirib.

 

Əvvəlki məqalə

Ərdoğan Qərb liderlərini Rusiyanın bəzi tələblərini yerinə yetirməyə çağırıb

Sonrakı məqalə

İran ordusunun generalları Bakıya gəlib –