Mərkəzi Bank “Xalq Sığorta”nın vəzifəli şəxsini cərimələyib

“Xalq Sığorta” ASC-nin vəzifəli şəxsi qanun pozuntusuna görə inzibati məsuliyyətə cəlb olunub.

Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinin tələblərinin pozulması halı aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə müvafiq olaraq “Xalq Sığorta” ASC-nin vəzifəli şəxsi 300 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, sözügedən maddəyə əsasən “Xalq Sığorta”nın vəzifəli şəxsi uçot sənədlərinin saxlanılması, məlumatların təqdim edilməsi, dərc edilməsi, tələblər çərçivəsində əks etdirilməsi, habelə qanuna uyğun mühasibat uçotunun aparılması ilə bağlı qaydaları pozub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.