“Mərkəzi Bankın binasına xərclənən 631 milyona Qarabağda 10 kənd və ya 2 böyük qəsəbə tikmək olardı”

“Mərkəzi Bankın yeni inzibati binasının tikintisinə bu günə qədər 477 milyon 348 min manat xərclənib, son tamamlama işlərinə daha 153 milyon. 883 min manat xərclənəcək. Beləliklə, MB-ın yeni binası sonda 631 milyon 231 min manata başa gələcək. 631 milyon manat!”

AzPost xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“Mərkəzi Bankın indiki binasında bir neçə dəfə olmuşam, gözəl, müasir binadır, bir tək fasad şüşələrinin rəngini dəyişib, şəffaf etsəydilər, bəs edərdi. Yeni binaya nədən ehtiyac yarandı? Niyə bu binaya 631 milyon manat xərclənməli idi ki? Bu vəsaitə Qarabağda 10 kənd və ya 2 böyük qəsəbə tikmək olardı. Nə isə…”, – o bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.