Məscidlərdə kitab rəfləri üçün 143 min manat xərclənəcək –- İş bu şikətə tapşırılıb

Kitab rəfi
Kitab rəfi

Azərbaycanda “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində kitab rəflərinin hazırlanması və ölkə üzrə çatdırılması üçün 143 min manatlıq vəsait ayrılıb. Layihənin icrası Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilir və bu işlər “Foriella” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə olunub.

Müqaviləyə əsasən, “Foriella” MMC məscidlərdə kitabxana infrastrukturu üçün xüsusi kitab rəfləri istehsal edəcək və onları ünvanlara çatdıracaq. Bu xidmətlərin ümumi dəyəri 143 min 13 manat olaraq göstərilib.

“Foriella” MMC bu günədək dövlət qurumları ilə bir sıra böyük layihələrə imza atıb. 2024-cü ildə Dövlət Sərhəd Xidməti ilə beş milyon üç yüz əlli beş min manat dəyərində mebel təchizatı müqavilələri imzalayıb. Həmçinin, “Azərpoçt” MMC ilə də dörd yüz min manatlıq təchizat layihəsi reallaşdırılıb.

Şirkətin hüquqi fəaliyyəti ilə bağlı 2019-cu ildə valyuta tənzimi qaydalarının pozulması səbəbilə cərimələnməsi faktı olsa da, daha sonra bu inzibati qərar ləğv edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.