“Məscidlərdə qaydalara riayət edilməklə namaz qılınması üçün dəfələrlə müraciət etmişik” –QMİ sədri

“Pandemeiya da bir imtahandır, inşallah, bu imtahanı da keçəcəyik”.

Bunu bu gün “Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

Şeyxülislam deyib ki, bu, pandemiya şəraitində keçən ikinci Ramazan ayıdır: “Allah bizə pandemiyanın sona çatmasında yardımçı olsun. Peyvənd də olunmaq lazımdır. Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edib ki, Operativ Qərargaha müraciət olunsun, məscidlərdə pandemiya ilə bağlı qaydalara riayət edilməklə namaz qılınsın. İnşallah, bu da reallaşar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Özbəkistanda Quran səhifəsinin dünyada ən böyük əlyazma nüsxəsi hazırlanıb –

Sonrakı məqalə

“QMİ, dini konvensiyalar da erməni yalanlarına cavab verməlidir” –