“QMİ, dini konvensiyalar da erməni yalanlarına cavab verməlidir” –Şeyxülislam

“Ermənilər müharibəni uduzsalar da, dünyaya Azərbaycanla bağlı yalanlar yaymağa davam edirlər”.

Bunu bu gün “Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

Onun sözlərinə görə, erməni kilsəsi bu sahədə xüsusilə aktivdir: “Erməni yalanlarına dövlətimiz, Xarici İşlər Nazirliyi cavab verir. Ancaq QMİ, dini konvensiyalar da yalanlara cavab verməlidir. Ermənilər iftira atır, yalan danışırlar. Kilsəyə, din xadiminə yalan danışmaq yaramaz. Guya onları torpaqlarından çıxarmışıq, xristian olduqlarına görə onlara əziyyət veririk, kilsələrini dağıdırıq. Bu yolla xristian dövlətlərindən dəstək almağa çalışırlar. Biz dünyanın müxtəlif dini qurumlarına müraciətlər göndərir, dini baxımdan həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışırıq”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Məscidlərdə qaydalara riayət edilməklə namaz qılınması üçün dəfələrlə müraciət etmişik” –

Sonrakı məqalə

“Son yüzillikdə İslam dünyasının azad edilən torpağı olmamışdı” –