Məşhur Hollivud ulduzu Bakıda konsert verəcək-FOTO

Məşhur amerikalı aktyor, prodüser, reper və bəstəkar Uill Smit Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 çərçivəsində sentyabrın 13-də Bakıda konsert proqramı ilə çıxış edəcək.

Azərbaycan Qran Prisinə oturacaqlara bilet almış bütün bilet sahibləri konsertə pulsuz giriş əldə edəcəklər.

Uill Smit əyləncə sənayesindəki karyerasına The Fresh Prince kimi tanınan reper kimi başlamış və “The Fresh Prince of Bel-Air” televiziya şousundan sonra geniş tanınmağa nail olub. O, daha sonra “Müstəqillik Günü”, “Qara paltarlı adamlar”, “Əli” kimi məşhur filmlərində rol alaraq uğurlu kino karyerası qurub. İstedadları və təbii xarizması sayəsində Smit çoxsaylı mükafatlar alıb və Hollivudun ən məşhur ulduzlarından birinə çevrilib.

Biletləri www.bakucitycircuit.com saytından əldə etmək olar.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.