Məşhur italiyalı dizayner koronavirusdan ölüb

“Sergio Rossi” adlı lüks ayaqqabı markasının yaradıcısı, məşhur italiyalı dizayner Sergio Rossi koronavirusdan ölüb.

APA-nın “Vogue” jurnalına istinadən verdiyi xəbərə görə, 84 yaşlı dizayner İtaliyanın Çezena şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

İtaliyalı dizaynerə koronavirusa yoluxma diaqnozu bir neçə gün öncə qoyulub və o, xəstəxanaya yerləşdirilib.

Rossinin vəziyyəti uzun müddət stabil olsa da, aprelin 2-də kəskin pisləşib və o, dünyasını dəyişib.

O, 1951-ci ildə qadın ayaqqabı markası “Sergio Rossi” ni yaratdıqdan onra məşhurluq qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Prezidenti:

Sonrakı məqalə

Azərbaycanda vergi hesabatlarının verilməsi müddəti koronavirusa görə uzadılıb