Məşhur aktyor Çak Norris vəfat edib.
AFP-nin məlumatına görə, ölüm xəbərini onun ailəsi açıqlayıb.
Aktyor 86 yaşında dünyasını dəyişib. 2 gün əvvəl o səhhəti ilə bağlı xəstəxanaya aparılmşdı.
Qeyd edək ki, aktyor 10 mart 1940-cı ildə ABŞ-da anadan olub.
O, peşəkar olaraq aktyor, döyüş ustası və döyüş sənətləri üzrə təlimatçı kimi tanınıb.
Karyerasına karate üzrə çempion kimi başlayıb və bir neçə il ardıcıl dünya çempionu olub.
Daha sonra kino sahəsinə keçərək döyüş filmlərində məşhurlaşıb.
Onun ən tanınmış filmləri arasında “Əjdəhanın yolu” (Bryus Li ilə döyüş səhnəsi məşhurdur), “Missing in Action” və “Delta Force” var.