“Maaş və pensiyaların artırılması ilə bağlı təkliflər oktyabrın 21-dək təqdim ediləcək” –İBRAHİM MƏMMƏDOV

Prezident İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, Nazirlər Kabineti əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini bu həftə hazırlayacaq.

Bu barədə APA-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabineti Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gələn təklifləri oktyabrın 21-dək hazırlayıb təqdim edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Litva XİN Azərbaycan xalqını təbrik edib

Sonrakı məqalə

Xəzərdə qaçaqmalçılar sərhədi pozmağa cəhd ediblər –