Macarıstan Aİ-dən Ukraynaya 500 milyon avronun transferini əngəllədi

Macarıstan Ukraynaya Avropa Sülh Fondundan 500 milyon avroluq yardımı göndərməyə icazə verməyib.

Azpost.info xəbər verir ki, ödəniş mayın 22-də edilməli idi, lakin Budapeşt Fonddan gələn vəsaitin gələcəkdə yalnız Kiyevi silahlandırmaq üçün istifadə olunmayacağına dair təminat tələb edib.

Avropa Sülh Fondunun ümumi büdcəsi 8 milyard avrodur. O, üzv ölkələrinə Ukraynaya hərbi yardım üçün ianə xərclərinin 50 faizinə qədərini ödəyir.

500 milyon avroluq əvvəlki yeddinci tranş fevralda keçirilib. Macarıstan əvvəlcə buna da mane olub. Lakin sonradan razılıq əldə olunub.

Dekabrda Budapeşt Aİ-nin Ukraynaya 2023-cü il üçün yardım paketi üçün 18 milyard avro ayırmaq qərarına veto qoyub. Aİ üzvləri Macarıstanın Baş naziri Viktor Orbanın hərəkətlərini şantaj hesab ediblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.