“Rusiyadan neft idxalına qoyulan embarqo Macarıstana təsir etməyəcək”.
Azpost.info xəbər verir ki, bunu baş nazir Viktor Orban deyib.
“Razılaşma əldə olunub. Macarıstan neft embarqosundan azad edilib”, – Orban bildirib.
Xatırladaq ki, Avropa İttifaqı liderləri Rusiya neftinin idxalına qadağa qoyulması məsələsində kompromis əldə ediblər. Embarqo bu ilin sonuna qədər Rusiyadan neft idxalının 90 faizinə təsir edəcək. Qalan 10 faiz “Drujba” kəmərinin cənub qolu ilə Macarıstan, Slovakiya və Çexiyaya gedir. Bu ölkələr üçün müvəqqəti istisnalar var.
Azpost.info