Macarıstan və Slovakiya Ukraynaya 50 milyard avroluq yardımı bloklayıb- “Politico”

Macarıstan və Slovakiya liderləri Aİ-nin Brüsseldə keçirilən sammitində Ukraynaya 50 milyard avroluq yeni yardım paketinin ayrılmasına qarşı çıxıblar.

Azpost.info xəbər verir ki, bu barədə “Politico”ya məlumatlı diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, Macarıstanın Baş naziri Viktor Orban deyib ki, Ukraynaya dəstək “işləmir”. Slovakiyanın baş naziri Robert Fiko da öz növbəsində Ukraynada maliyyə vəsaitlərinin ayrılmasına mane olan korrupsiya problemlərinə toxunub.

Brüssel 2024-cü ildən 2027-ci ilə qədər olan dövr üçün Aİ büdcəsinə növbəti dörd il ərzində 50 milyard avro məbləğində yardımın daxil edilməsini təklif edib. Maliyyə planının təsdiqi üçün quruma üzv olan 27 ölkənin hamısının dəstəyi lazımdır.

Macarıstan və Slovakiyanın Ukraynaya yardımla bağlı büdcəni təsdiqləməkdən imtina etməsinə baxmayaraq, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel sammitin ilk gününün sonunda bildirib ki, iclasda Aİ-nin uzunmüddətli maliyyə planına yenidən baxılması üçün ümumi konsensus əldə olunub. O, ilin sonuna kimi məsələnin həll olunacağına ümid etdiyini bildirib.

Macarıstan Baş naziri Ukraynaya yardımdan əlavə, Aİ-nin miqrasiya islahatını təmin etmək üçün 15 milyard avro ayrılmasına qarşı çıxıb.

“Macarıstanın mövqeyi bəllidir. Ölkə, miqrantlara və Ukraynaya pul vermək istəmir”, – Orban jurnalistlərə deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.